Heydər Əliyev Mərkəzinə ziyarət

Heydər Əliyev Mərkəzinə ziyarət

Bu gün Yuxarı Ləgər kənd orta məktəbinin müəllim və şagirdlərindən ibarət bir qrup Qusar rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Mərkəzin bələdçisi Lamiyə Abdullayeva Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ziyarətçilərə məlumat verdi. YAP Qusar rayon təşkilatı Gənclər birliyinin sədri Ayaz Abdullayev və Yuxarı Ləgər kənd orta məktəbinin direktoru Oqtay Məmmədov mərkəzin iclas otağında şagirdlərə Şanlı Qələbəmiz və 44 günlük Vətən Müharibəsində qalibiyyətimizin təməlindəki birlik və iradəmiz,Ali Baş Komandana xalqın inamı,Ordumuzun gücü mövzusunda məlumat verdilər.Daha sonra mərkəzin kinozalında ziyarətçilərə Real TV-nin istehsalı olan "Dəmir yumruq"filmi numayiş olundu.