Yaxın mədəniyyət müəssisələri

Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyi

Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-cı ildən fəaliyyətə başlamışdır. 1982-ci ildən təyinatı üzrə tikilmiş binaya köçürülmüşdür. Bina 1 mərtəbəlidir. Muzeyin ümumi sahəsi 1652 kv.m-dir, ekspozisiya sahəsi 266 kv.metrdir. Muzeyin əsas fondunda 3700 eksponat vardır, onlardan 630 eksponat ekspozisiyada nümayiş olunur. Ekspozisiya sahəsi 1 foye və 4 zaldan ibarətdir. Muzeyin fondunda 3284 eksponat vardır. 600 eksponat ekspozisiyada nümayiş olunur.

Qusar rayon Mərkəzi Kitabxana

1930-cu ildə yaranmışdır. 1979-cu ildə rayonda fəaliyyət göstərən bütün kitabxanalar mərkəzləşdirilərək Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Qusar rayon MKS-nə 01.01.2015-ci il tarixə 47 kütləvi kitabxana daxildir. Bunlardan Mərkəzi kitabxana və 1 №-li şəhər filialı Qusar şəhərində, 2 №-li qəsəbə filialı Samur qəsəbəsində və 45 kitabxana filialı isə kəndlərdə fəaliyyət göstərir. Kitabxananın www.qusar.cls.az veb saytı yaradılmışdır. Qusar rayonunda ilk kitabxana 1930-cu ildə yaradılmış və 1978-ci ildə rayonda fəaliyyət göstərən kitabxanaların bazasında Qusar rayon MKS yaradılmış və hazırda Azərbaycan Respublikasının “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqıda” qanunlarına, Respublika Prezidentinin müvafiq qərar və sərəncamlarına əsaslanaraq fəaliyyət göstərməklə elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini, elektron və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini təşkil edir, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərir. Mərkəzi kitabxanada İrbis – 64 elektron kitabxanası quraşdırılmış və fəaliyyət göstərir. Kitabxananın xidmətlərindən hər bir kəs şəxsiyyət vəsiqəsini təqdim etməklə ödənişsiz, sərbəst və maneəsis istifadə edə bilər. Kitabxanadan istifadə qaydaları işçilər tərəfindən oxuculara yerində ətraflı izah olunur. 2015-ci ilin əvvəlinə MKS-nin kitab fondu 305645 nüsxə, oxucuların sayı 30635 nəfər, kitab verlişi 408604 nüsxə təşkil etmişdir.Mərkəzi rayon kitabxanasında müasir tələblərə uyğun əsaslı təmir işləri aparılmış, bütün inventar və avadanlıqlar yeniləri ilə əvəz olunmuş, müasir istilik sistemi quraşdırılaraq istifadə olunur. Mərkəzi rayon kitabxanasında müasir tələblərə uyğun əsaslı təmir işləri aparılmış, bütün inventar və avadanlıqlar yeniləri ilə əvəz olunmuş, müasir istilik sistemi quraşdırılaraq istifadə olunur.

Qusar Dövlət Rəsm Qalereyası

Qalereya 1986-cı ildən fəaliyyət göstərir. Qalereyanın fondu 133 əsərdən ibarətdir. 2013-cı ildən Fəxrəddin Musayev küçəsində yerləşən təzə tikilmiş binaya köçürülmüş və hal hazirda bu binada fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – Azərbaycan Dövlət Rəsm Qalereyasının tabeçiliyində olmaqla çox zəngin fonda malikdir. Qalereyamızda Respublikanın xalq rəssamları Oqtay Sadıqzadə,Tağı Tağıyev,Kazimov Davud,Maral Rəhmanzadə,Elbəy Rzaquliyev,Kamil Xanlarov və başqa görkəmli rəssamların əsərləri nümayış olunur. Mövcud olan 133 əsərdən 94 əsər rəngkarlığa,32 qrafikaya və 7 heykəltaraşlığa aiddir. Qalereyanın ümumi sahəsi 204 kv.m. təşkil edir. Əsas ekspozisiya-sərgi sahəsi 188 kv.m.ibarətdir və 29 əsər sərgilənir. Bundan əlavə 19 əsər foyedə sərgilənir. Fond saxlama sahəsi 12 kv.m.