Muzey

Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki 118 sayda foto və sənədlərdən ibarət eksponatlar Ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Burada 8 foto-eksponat stendi və 8 lövhə vardır.

Muzeydə ulu öndərin büstü qoyulmuşdur. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırmış, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoymuşdur. Məhz bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artmağa başlamış, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilmiş və onları reallaşdırmışdır. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlu inkişafın təməlində Heydər Əliyevin müdrik siyasi zəkası və uzaqgörənliyi durur. Ötən dövrə nəzər saldıqda dahi rəhbərin mədəniyyət, təhsil, səhiyyə, idman, ordu quruculuğu, bir sözlə, bütün sahələrin inkişafındakı tarixi xidmətlərinin şahidi oluruq.

Birinci stend - “Böyük Həyatın Astanasında”

İkinci stend - “Sovet Azərbaycanını Yüksəldən Rəhbər”

Üçüncü stend - “Dünya Şöhrətli Lider”

Dördüncü stend - “Ulu Öndərimizin Yaratdığı Keçmişin, Bu Günün, Gələcəyin Partiyası”

Beşinci stend - “Ordu Quruculuğu”

Altıncı stend - “Əsrin Müqaviləsi”

Yeddinci stend - “Heydər Əliyev Azərbaycan Mədəniyyətinin Hamisi”

Səkkizinci stend - “Heydər Əliyev və Qusar”