Heydər Əliyev və Qusar

3 oktyabr 1998-ci ilə Ümummilli Lider Heydər Əliyev Qusara səfər edib. Burada Ulu Öndər Qusar ictimaiyyəti ilə görüşüb. Görüş zamanı çəkilən fotolar Qusarlıların Heydər Əliyevi necə sevinc və sevgi ilə qarşılanmasına bir sübutdur. Bu tarixi gündə H.Əliyev rayon ictimaiyyətinə müraciət edərək demişdir: "Qusarlılar xüsusi etimada layiqdir. Sizin tarixiniz qəhrəmanlıq tarixidir. Vətənə, torpağa, dövlətə sədaqət göstərmək tarixidir".

Heydər Əliyev Qusar sakinlərini salamlayarkən

Heydər Əliyev Qusar camaatı salamlayarkən

Heydər Əliyevə xalça təqdim olunarkən

Heydər Əliyevin balaca rəqqaslarla görüşü

Heydər Əliyev və vətənpərvər qusarlılar

4 aprel 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev həmyerlilərimiz Təbrik Ağabalayevi, Zaur Əlimovu və Vəfadar Babaverdiyevi "Hərbi xidmətlərinə görə" medalları ilə təltif etdi.

Qarabağ müharibəsi tarixində ən uğurlu əməliyyata rəhbərlik etmiş briqada komandiri, həmyerlimiz Şair Ramaldanov Ali Baş komandan Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunur. 1995-ci ilin mart hadisələrində xüsusi xidmətlərinə görə ikinci dəfə "Azərbaycan Bayrağı" ordeninə layiq görülür.