Qusar rayon Heydər Əliyev Mərkəzində “Cənnət yolçusu” adlı filmin nümayişi

Qusar rayon Heydər Əliyev Mərkəzində “Cənnət yolçusu” adlı filmin nümayişi

29 dekabr 2018-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən hazırlanmış həmyerlimiz, Qarabağ müharibəsi veteranı, kəşfiyyatçı, polkovnik leytenant Bəhram Ağakişiyevə həsr olunmuş “Cənnət yolçusu” adlı film nümayiş olundu. Tədbiri giriş sözü ilə Şəmistan Əlizamanlı açaraq belə filmlərin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün örnək olduğunu vurğuladı. Daha sonra izləyicilər də film haqqında öz təəssüratlarını paylaşdılar. Tədbirin sonunda həmçinin Milli Qəhrəman Çingiz Qurbanovun anım günü ilə bağlı xatirəsi yad edildi.