Qusar rayon Heydər Əliyev Mərkəzində rayon könüllüləri ilə görüş

Qusar rayon Heydər Əliyev Mərkəzində rayon könüllüləri ilə görüş

02 dekabr 2019-cu il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində rayon könüllüləri ilə görüş keçirildi. Görüş öncəsi onlar Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular. Könüllülərə muzey bölməsində ulu öndər haqqında dolğun məlumat verildi. Daha sonra onlara film nümayiş etdirildi.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addmlar atmaqdadır.