Qusar rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə "Bir kərə yüksələn bayraq bir daha enməz" mövzusunda rayon gənclərinin iştirakı ilə tədbir

Qusar rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə "Bir kərə yüksələn bayraq bir daha enməz" mövzusunda rayon gənclərinin iştirakı ilə tədbir

08 noyabr 2019-cu il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə "Bir kərə yüksələn bayraq bir daha enməz" mövzusunda rayon gənclərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Neva Abdurahmanova açaraq üçrəngli bayrağımızın əvvəlcə qədim Naxçıvan torpağında qaldırılması və 1990-cı il noyabrın 17-də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənməsi haqqında danışdı. Daha sonra Mərkəzin bələdçisi Lamiyə Abdullayevə "Qürur mənbəyimiz üçrəngli bayrağımız", Qusar Peşə Liseyinin tələbəsi Aynur Kazımova “Bayrağımız eşidilən
səsimiz, duyulan nəfəsimizdir” mövzularında çıxış etdilər. Tədbirdə şəhər 4 saylı orta məktəbin şagirdləri şeir kompozisiyaları ilə çıxış etdilər. Tədbirin sonu ekspromt şəkildə şagirdlərə dövlət atributlarımız, Azərbaycan tarixi haqqında suallar ünvanlandı. Fərqlənən şagirdlər Qusar rayon Heydər Əliyev Mərkəzi tərəfindən mükafatlandırıldılar. Sonda Dövlət Bayrağı Gününə həsr edilmiş "Üçrəngli bayrağım" adlı film nümayiş olundu.