Qusar rayon Heydər Əliyev Mərkəzində "Bayraq bizim and yerimizdir" mövzusunda tarix dərsləri

Qusar rayon Heydər Əliyev Mərkəzində "Bayraq bizim and yerimizdir" mövzusunda tarix dərsləri

Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut edir. Dövlət Bayrağı Günü bütövlükdə respublikamızda olduğu kimi Qusar rayonunda da çox böyük təntənə ilə qeyd olunur. Bu gün Qusar rayon Heydər Əliyev Mərkəzində böyük bayram coşqusu yaşandı. Əllərində bayraqlarla Mərkəzə axışan məktəblilər və rayon gəncləri dövlət atributuna olan sevgi və hörməti bir daha ifadə etdilər. Mərkəzdə Dövlət Bayrağı Günü ilə bağlı sisilə tədbirlər həyata keçirilmişdir. Şəhər məktəbləri üçün "Bayraq bizim and yerimizdir" mövzusunda tarix dərsləri tədris olunmuşdur. Bu fənn üzrə şəhər 4 saylı tam orta məkəbin müəllimi Günel Hacıyeva, 6 saylı tam orta məktəbin müəllimi Sevilə Muradova, şəhər 3 saylı tam orta məktəbin müəllimi Sürəyya Qurbanova mövzu ilə bağlı şagirdlərə ətraflı məlumatlar vermiş, dövlətçilik prinsiplərinin və vətənpərvərlik duyğularının möhkəmlənməsi baxımından vacib mövzulara toxunmuşlar.