“Zəfərə imza atan müstəqil Azərbaycan” mövzusunda onlayn tədbir

 “Zəfərə imza atan müstəqil Azərbaycan” mövzusunda  onlayn tədbir
Qusar rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May- Respublika günününə həsr olunmuş “Zəfərə imza atan müstəqil Azərbaycan” mövzusunda onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Abdullayeva açaraq Azərbaycan dövlətçilik tarixinin əhəmiyyətli mərhələsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən danışdı. Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüsü Cavadova Elnurə “Cümhuriyyət tarixi” mövzusunda, Tarix Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Bağırova Ləman “Qusarlıların Respublika günününə verdiyi töhfələr” mövzusunda çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. Tədbir Mucuq kənd orta məktəbinin 4-cü sinif şagirdi Camalova Solmazın şəhidlərə ithaf olunmuş “2783 əsgər” adlı şeir parçası ilə yekunlaşdırıldı.