"Əskərə məktub"onlayn musabiqə

"Əskərə məktub"onlayn musabiqə

Hörmətli səhifə izləyicilərimiz!

Qusar rayon Heydər Əliyev Mərkəzi olaraq biz hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunun artmasına xidmət edəcək müxtəlif tədbirlər, viktorinalar həyata keçiririk. Son dövrdə isə məlum Covid-19 pandemiyası ilə bağlı olaraq bu tədbirlərə ara vermisik.Son günlərdə Tovuz istiqamətində erməni təxribatçılarının törətdiyi hadisələrlə bağlı zabitlərin, əsgərlərin, generalımız Polad Həşimovun şəhid olması hər birimizi qəlbən yaralamışdır. Bu məqsədlə biz Qusar rayon Heydər Əliyev Mərkəzi olaraq səhifə izləyiciləri arasında onlayn şəkildə “Əsgərə məktub” müsabiqəsini keçirmək qərarına gəlmişik.

Müsabiqənin şərtləri ilə Sizləri tanış edirik. 1)Müsabiqədə yaş məhdudiyyəti yoxdur. 2)Ən gözəl, içdən yazılmış məktubların sahibləri tərəfimizdən mükafatlandırılacaqdır. 3)Məktublar səhifəmizdə dərc olunacaq.

Yazdığınız məktubları Qusar rayon Heydər Əliyev Mərkəzinin Facebook səhifəsinin Messenger bölməsinə və habelə, gusarheydaraliyevmerkezi@gmail.com email ünvanına göndərə bilərsiniz. Öncədən təşəkkür edirik.