Vətən sevgisi bizi birləşdirir

Vətən sevgisi bizi birləşdirir

Bu gün Qusar rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin bir qrup nümayəndələri ilə "Vətən sevgisi bizi birləşdirir" adlı tədbir keçirilmişdir. Tədbirdə erməni vandalizminə qarşı Azərbaycanda yaşayan bütün xalqların vahid düşüncəsini əks etdirən fikirlər səsləndirilmiş, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizənin əhəmiyyətindən danışılmış, Azərbaycan və ləzgi xalqlarının tarixi dostluğu haqqında fikirlər səsləndirilmişdir. Tədbiri giriş sözü ilə açan Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova son günlərdə Tovuz istiqamətində gedən döyüşlər nəticəsində Azərbaycanın igid oğullarının şəhid olması ilə ölkə əhalisinin kiçikdən-böyüyə səfərbər olaraq Vətənə, Orduya, Dövlətə dəstək olmaq istəyinin vacibliyindən,habelə dünyada yaşayan soydaşlarımızın dinc yürüyüşlərinin qarşısının erməni diasporlar tərəfindən müdaxilələrlə alınmasının, respublikamızda yaşayan xalqlar arasında Vətənə olan məhəbbətə kölgə salmaq istəkləri, ermənipərəst qüvvələrin təxribatları haqqında geniş məlumat vermişdir. Tədbirə dəvət almış rayon ziyalıları C.Nurməmmədov, V.Mehdixanov, D.İbamxəlilov, S.Xəlilov, V.Sevzixanov, X.Nağıbəyova, F.Qacabəyov və digərləri respublikamızın həssas dönəmində gərəksiz təxribatlara uymadan, bütün məsələlərin siyasi və hüquqi müstəvidə həllinin vacibliyinə, informasiya müharibəsində tutarlı, əsaslandırılmış fikirlərlə düsmənin susdurulmasının gərəkliliyindən və qusarlıların hər zaman Ali Baş Komandanımıza, dövlətçiliyimizə sədaqətlə bağlı olduqları haqqında fikirlər səsləndirdilər.