Dərnəklər

Dərnəklər

Qusar rayon Heydər Əliyev Mərkəzində hal-hazırda iki dərnək fəaliyyət göstərir: xalçaçılıq və rəssamlıq.

Xalçaçılıq dərnəyi

Xalçaçılıq dərnəyində məktəbli qızlar həftənin iki günü şənbə və bazar günlərində xovsuz milli xalça növü olan "Sumaq"ın toxunuşunun sirlərinə yiyələnirlər. Toxuculuq üzrə müəllimə Natəvan Verdixanovadır. Bu dərnəkdə 8-12 nəfər şagird təlim keçir. Onların əl işləri mərkəzdə, habelə rayonda və regionda keçirilən bir sıra tədbirlərdə sərgilənir.

Rəssamlıq dərnəyi

Bu dərnəkdə şagirdlər rəsm dərsləri alır, onlara xüsusi olaraq ustad dərsləri keçirilir. Məşğələlər həftədə iki dəfə şənbə və bazar günləri aparılır. Dərnəkdə dekorativ sənət nümunələrinin sirlərinə yiyələnirlər. Uşaqların bu əl işləri "Bölgələrdən-bölgələrə" festivalında, rayon və region əhəmiyyətli tədbirlərdə sərgilənir. Dərnək rəhbəri Kəmalə Daşdanovadır.