Mərkəzin binası

Mərkəzin binası

Kompleksin ümumi ərazisi 2 hektardır. Ərazidə Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunub. Xatirə Kompleksi ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Qusar rayonunda inşa edilən Heydər Əliyev Mərkəzi 2 mərtəbəlidir. Qusar rayon Heydər Əliyev Mərkəzində muzey, akt zalı, konfrans otağı, sərgi sahəsi (foye), kitabxana mövcuddur. İnternet klub, qarderob, muzey, foye, akt zalı birinci mərtəbədə, kitabxana, qalereya, konfrans otağı, nigah otağı isə ikinci mərtəbədə yerləşir. Mərkəzdə həmçinin 105 yerlik kinozal fəaliyyət göstərir. Zövqlə tərtib olunmuş kinozalda müasir akustika sistemi quraşdırılıb. İnternet klubda 16 kompüter mövcuddur.

Muzey

Akt zalı

Konfrans otağı

Foye

Kitabxana

İnternet klub