Birliklər

Heydər Əliyev Fondu yanında "Regional İnkişaf" İctimai birliyi

"Regional İnkişaf" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. "Regional İnkişaf" İctimai Birliyi eyni zamanda vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

2016-ci ildən "Regional İnkişaf" İctimai Birliyinin şimal bölgəsinin regional mərkəzi Quba Heydər Əliyev Mərkəzinin 3-cü mərtəbəsində yerləşir.