Quba Heydər Əliyev Mərkəzi onlayn inşa-yazı, şer müsabiqəsi keçirir

Quba Heydər Əliyev Mərkəzi onlayn inşa-yazı, şer müsabiqəsi keçirir

Diqqət, diqqət..

Quba rayon Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur", "Heydər Əliyev və Azərbaycan" mövzularında onlayn inşa-yazı və şeir müsabiqəsi keçirir.
Müsabiqəyə qatılmaq istəyən 10-20 yaşlı iştirakçılar Mərkəzin elektron poçtuna (qubaheydereliyevmerkezi@gmail.com) və facebook səhifəsinə mövzuya uyğun inşa-yazılarını və söylədikləri şeirləri 05 may 2020-ci il tarixinədək göndərə bilərlər.
İnşa-yazı və şeir müsabiqəsi qalibləri xüsusi karantin müddəti bitdikdən sonra Mərkəz tərəfindən Fəxri-fərman və hədiyyələrlə təltif olunacaqlar.