Görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anım günü

Görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anım günü

Bu gün görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anım günüdür.

Zərifə xanımın fitri istedada malik bir alim kimi yaşadığı ömrü, keçdiyi həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Indi ulu öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı,fədakarlığı ölkəyə rəhbərliyin daşlı-kəsəkli yollarında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.

Zərifə xanım Əliyevanın əziz xatirəsi həmişə qəlblərdə yaşayacaqdır.