VI “Alma Bayramı”

VI “Alma Bayramı”

Əziz qubalılar və rayonumuzun qonaqları,

12 oktyabr 2019-cu il tarixdə rayonumuzda VI “Alma Bayramı” təşkil olunacaqdır.
Bayram tədbirləri saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının qarşısında rəsmi açılış mərasimi və möhtəşəm paradla start götürəcək, ardınca isə parkın ərazisində qonşu rayonların da iştirakı ilə olduqca maraqlı sərgi və guşələr, rayonda yaşayan ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, baxımlı kompozisiyalar nümayiş etdiriləcək, müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcək, respublikamızın populyar incəsənət ustalarının, eləcə də rayonumuzun və qonşu rayonların istedadlı ifaçılarının və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunacaqdır.
Konsert proqramı gün ərzində davam edəcək, bayram şənlikləri axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatacaqdır.
Bayram şənliklərimizdə çoxsaylı qonaqlarımızın iştirakı gözlənilir.
Sizlərin hər birinizi bu möhtəşəm bayramın sevincini bizimlə birgə yaşamağa dəvət edirik.