Quba Heydər Əliyev Mərkəzinin ikinci mərtəbəsində yerləşən Muzeyin sahəsi 1600 kv.metrdir. Burada 7 bölmədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən 155 foto-eksponat və 20 sayda sənədlərin surətləri nümayiş olunur. Mərkəzə gələn hər bir tamaşaçıya ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi barədə ətraflı məlumat verilir. Muzey bölməsində müntəzəm olaraq kitab, rəsm və s. sərgilər təşkil olunur.