I bölmə

1-ci bölmədə ulu öndər Heydər Əliyevin doğulduğu Naxçıvan şəhərini, Naxçıvanın dağ mənzərəsini, valideynlərinin, ailə üzvlərinin foto-şəkilləri, ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik illərini, təhsil aldığı orta məktəb, texnikum, Universitet foto-şəkilləri və ilk iş yeri olan Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə fəaliyyətini və s. əks etdirən eksponatlar nümayiş olunur.

II Bölmə

2-ci bölmədə Dövlət Təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969-cu illərdə) çalışan ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsindəki fəaliyyəti, 1964-cü ildə Azərbaycan Dövlət SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayoru kimi fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.

III Bölmə

3-cü bölmədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixli plenumunun qərarı ilə Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edən ulu öndər Heydər Əliyevin hərtərəfli fəaliyyəti əks olunur. Bu bölmədə ulu öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatının, iqtisadiyyatının və sənayesinin inkişafı sahəsində göstərdiyi xidmətləri, onun təşəbbüsü ilə tikilib istifadəyə verilən obyektləri, Azərbaycanın bölgələrinə səfərləri, əmək adamları, yazıçılar, musiqiçilər, mədəniyyət xadimləri ilə görüşləri və s. eksponatlar nümayiş olunur.

IV bölmə

4-cü bölmədə ulu öndər Heydər Əliyevin 1982-ci ilin noyabrından 1987-ci ilin oktyabrına kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, SSRİ kimi nəhəng bir ölkənin iqtisadi həyatına nüfuz edən, inkişaf strategiyasını hazırlayan, ittifaq miqyasında nəqliyyatın bütün növləri üzrə nazirliklərə, eləcə də “əsrin tikintisi” adlandırılan Baykal-Amur magistralının tikintisinə rəhbərlik edən, sonradan isə səhiyyə, maarif, mədəniyyət və bir çox nazirliklərə kuratorluq edən dahi öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən foto-eksponatlar nümayiş olunur.

V bölmə

5-ci bölmədə 1990-cı ilin iyul ayında Moskvadan Bakıya, Bakıdan Naxçıvana qayıdan, muxtar respublikanın Ali Məclisinə deputat seçilən, 1991-ci ilin əvvəlində isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən, “Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımın ağır günündə ona kömək etmək üçün respublikaya qayıtmışam” deyərək gərgin fəaliyyət göstərən, Naxçıvan Ali Məclisinin Sədri seçilən, müstəqillik uğrunda mübarizənin ideya mərkəzinə çevrilən Naxçıvandakı fəaliyyəti foto-eksponatlar vasitəsi ilə nümayiş olunur.

VI bölmə

6-cı bölmə 1993-cü ilin oktyabrın 3-dən ümumxalq səsverməsi yolu ilə respublikaya Prezident seçilən və 1998-ci ilin 11 oktyabrında 2-ci dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyevin 2003-cü ilin oktyabr ayınadək fəaliyyəti nümayiş olunur. Bu bölmədə dahi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və hələ kövrək olan müstəqilliyimizin qorunması, atəşkəs haqqında sazişin imzalanması, nizami ordu yaradılması, “Əsrin müqaviləsi” və bir sıra beynəlxalq müqavilələrin imzalanması sahəsindəki fəaliyyətini və s. xidmətlərini əks etdirən eksponatlar nümayiş olunur.

VII bölmə

7-ci bölmə isə ulu öndər Heydər Əliyevin Qubaya səfərləri, Qubanın sosial-iqtisadi inkişafındakı xidmətləri nümayiş olunur. 18 sentyabr 1983-cü ildə ümummilli lider SSRİ Nazirlər Soveti Sedrinin birinci müavini işləyərkən Qubaya səfər etmiş, vaxtilə özünün təşəbbüsü və Azərbaycan KP MK-nın qərarı ilə 15 min hektardan çox sahədə salınan yeni növ alma bağlarını gəzməsi, əmək qəhrəmanları, Qubanın ağsaqqal və ağbirçəkləri ilə görüşlərini, Quba tarix və diyarşünaslıq muzeyi və abidələrlə tanışlığını əks etdirən foto-eksponatlar nümayiş olunur. Bu görüşlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da onun yanında olmuşdur.

3 oktyabr 1998-ci ildə ulu öndər Heydər Əliyev qubalılarla yenidən görüşür. Quba şəhərinin girəcəyində, Quba-Qusar yolunda, şəhərin mərkəzi meydanında, mədəniyyət evinin qarşısında qubalılarla görüşlərindən, böyük məhəbbət və minnətdarlıqla dinlənilən dərin məzmunlu çıxışından və qubalılarla, ağsaqqallılarla, şəhid ailələri ilə görüşlərindən hazırlanmış foto-eksponatlar nümayiş olunur.