Qadın gülərsə-bəşəriyyət gülər

Qadın gülərsə-bəşəriyyət gülər

06 mart 2020-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində 8 mart Beynəlxalq Qadılnlar Günü ilə əlaqədar “Qadın gülərsə - bəşəriyyət gülər” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Elza Orucova açmış, qadınları təbrik etmiş və ulu öndər Heydər Əliyevin qadın siyasəti barədə ətraflı söhbət açmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın I vitse – prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Mərkəzin bələdçisi Kamilə Hüseynova “Qadın gülərsə - bəşəriyyət gülər” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycanda qadına, anaya daim böyük hörmət və ehtiram bəslənmiş, ana həmişə müqəddəs olmuş, müdrik hökmdar, cəsur sərkərdə və sənətkar qadınlarımızın adları tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qoy qadınlarımızın üzü həmişə gülsün, çünki qadın gülərsə - bəşəriyyət də gülər.

Tədbirdə Ruziyyə Əliyeva, Amil Muradov, Gülnarə Rəhimova, Nuranə Müslümova, Rühəngiz Allahverdiyeva və başqaları çıxış edərək qeyd etdilər ki, Azərbaycan cəmiyyətində qadınlarımız bundan sonra da ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edəcəklər.

Tədbir çay süfrəsi və musiqi proqramı ilə davam etdirilmişdir.