Könüllülər ili - gənclər siyasətinə yeni uğurlar gətirəcək

Könüllülər ili - gənclər siyasətinə yeni uğurlar gətirəcək

01 fevral 2020-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində 2 Fevral – Gənclər Günü ilə əlaqədar Quba Heydər Əliyev Mərkəzinin, Quba Asan Xidmət Mərkəzinin və Quba Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və könüllü gənclərin iştirakı ilə “Könüllülər ili - gənclər siyasətinə yeni uğurlar gətirəcək” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova “Könüllülər ili - gənclər siyasətinə yeni uğurlar gətirəcək” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan etməsi ölkəmizdə gənclər siyasətinə yeni uğurlar gətirəcəkdir.

Quba Asan Xidmət Mərkəzinin əməkdaşı Sevinc Mamayeva “Könüllülük – gənclərin kreativliyi və təşəbbüskarlığıdır” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata, gənclərimizin həyat tərzinə çevrilərək gənclərin kreativliyini və təşəbbüskarlığını yüksəltmişdir.

Quba Gənclərinin Karyera və İnkişaf Mərkəzinin direktoru Balaməd Balamətov “Karyera, inkişaf – könüllülükdən başlanır” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, könüllülük təmənnasız xidmət deməkdir. Könüllü fəaliyyətə başlamaq karyerada ilk addım deməkdir və könüllülük yüksək inkişafa təminatdır.

Konfransda Mərkəzin əməkdaşı Ruziyyə Əliyeva, Heydər Əliyev Fondu yanında Regional İnkişaf – İctimai Birliyinin könüllüsü Musa Qasımov və başqaları çıxış edərək könüllülərin ölkəmizin gənclər siyasətindəki uğurlu fəaliyyətindən söhbət açdılar.