Kollektivlər

Quba Destinasiya Menecmenti təşkilatı – Quba Turizm İnformasiya Mərkəzi

Quba Turizm İnformasiya Mərkəzi 15 may 2008-ci il tarixindən etibarən fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi, Quba bölgəsi üzrə turizm məhsulları haqqında məlumatlara dair imkanları araşdırmaq, onların inkişafını təmin etmək və turistlər arasında tanıdılmasını təşkil etməkdən ibarətdir. 2019-cu ildən mərkəzin strukturu dəyişilərək Destinasiya Menecment Təşkilatı formasında idarəetməyə keçirilmişdir. 25 fevral 2019-cu ildən Quba Destinasiya Menecmenti təşkilatı – Quba Turizm İnformasiya Mərkəzi Quba Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində yerləşdirilmişdir. Quba DMT əsas funksiyası Azərbaycan Rspublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu nəzdində Quba və Qusar rayonlarında turizmin inkişafı, təşviqi və idarə olunması, eləcə də yerli səviyyədə dövlət sektoru, özəl sektor və icma arasında əlaqələrin qurulması və insan resursları inkişaf etdirilməsi və standartların hazırlanmasından ibarətdir.

AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba KOB dostu

AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkə başçısının 26 iyun 2018-ci il tarixli 148 nömrəli fərmanı ilə yaradılmışdır. AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba KOB dostu ofisi 2019-cu ilin yanvar ayından Quba Heydər Əliyev Mərkəzinin 3-cü mərtəbəsində yerləşdirilmişdir.

Quba KOB dostunun əsas fəaliyyət istiqamətləri mikro kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirərin həyata keçirilməsini təmin etmək və əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görməkdir. Sahibkarlara vahid məkanda daha keyfiyyətli, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə müvafiq köməklik göstərməkdir.