Dərnəklər

Ədəbiyyat dərnəyi

Quba rayon Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində yerləşən kitabxanada Ədəbiyyat dərnəyi fəaliyyət göstərir. Bu dərnəkdə ulu ndər Heydər Əliyevə həsr olunmuş şerlər, Azərbaycanın məşhur klassiklərinin şerləri və ədəbiyyat nümunələri şagirdlərə öyrədilir.

Hər il Ulu öndər Heydər Əliyevin ildönümü ilə əlaqədar keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsində və "Ədəbiyyat biliciləri" müsabiqəsində ədəbiyyat dərnəyinin üzvləri yaxından iştirak edirlər. Dərnək üzvlərindən Nurcan Allahverdiyeva Azərbaycan RespublikasıTəhsil Nazirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən inşa-yazı müsabiqəsinin qalibi olmuş, diplom və Fəxri Fərmanla təltif olunmuşdur. Quba Heydər Əliyev Mərkəzinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş inşa-yazı müsabiqəsində dərnəyin üzvlərindən Fatimə Fidayeva və başqaları qalib gəlmişlər.

Dərnək həftədə iki dəfə keçirilir. Dərnək ödənişsizdir.

Toxuma və əl işləri dərnəyi

Quba Heydər Əliyev Mərkəzinin 3-cü mərtəbəsində toxuma və əl işləri dərnəyi fəaliyyət göstərir. Dərnəkdə məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün toxuma və əl işlərinin incəlikləri öyrədilir. Quba Heydər Əliyev Mərkəzinin toxuma və əl işləri dərnəyinin əl işlərindən ibarət sərgiləri müntəzəm olaraq rayonda keçirilən tədbirlərdə və respublika tədbirlərində nümayiş olunur. Dərnək həftədə iki dəfə olmaqla keçirilir. Dərnək ödənişsizdir.

Rəqs dərnəyi

Quba Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində rəqs dərnəyi fəaliyyət göstərir. Rəqs dərnəyində Azərbaycanın milli rəqsləri və bir sıra ölkələrin rəqsləri dərnək iştirakçılarına öyrədilir. Dərnək üzvləri Mərkəzdə və rayonda keçirilən musiqili tədbirlərdə öz rəqslərini nümayiş etdirirlər. Rəqs dərnəyi həftədə 2 dəfə keçirilir. Dərnək ödənişsizdir.