Mərkəzin binası

Quba Heydər Əliyev Mərkəzi 4 mərtəbəli bina olub milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunmuşdur. Binanın hündürlüyü yer səviyyəsindən 25 metr hündürlüyündədir. Tikinti sahəsi 1600,0 kv. metr, ümumi sahəsi 6400,7 kv.metrdir.

Mərkəzin birinci mərtəbəsində milli rəqs studiyası, kafe, mətbəx, foye, qarderob və s. yerləşir. Burada müntəzəm olaraq tədbir-koktellər, ədəbi-musiqili tədbirlər, toxuma və əl işləri sərgiləri təşkil olunur. Birinci mərtəbənin ümumi sahəsi 1600 kv.metrdir.

İkinci mərtəbədə Ulu Öndər Heydər Əliyev Muzeyinin ekspozisiya bölmələri, virtual sinif otaqları, iş otaqları, növbətçi otağı yerləşir. Burada üç səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunur. Muzeyin foyesində müntəzəm olaraq kitab və rəsim sərgiləri təşkil olunur. İkinci mərtəbənin ümumi sahəsi 1600 kv.metrdir.

Üçüncü mərtəbədə 50-80 nəfərlik konfrans zalı, 20-40 nəfərlik kiçik konfrans zalı, xidməti otaqlar, toxuma və əl işləri dərnəyi, kompüter otağı yerləşir. Bu mərtəbədə Heydər Əliyev Fondu yanında "Regional İnkişaf" İctimai Birliyinin şimal regional mərkəzi, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba KOB dostu ofisi fəaliyyət göstərir. Üçüncü mərtəbənin ümumi sahəsi 1600 kv.metrdir.

Quba Heydər Əliyev Mərkəzinin IV mərtəbəsində 180 nəfərlik böyük konfrans zalı, ingilis dili otağı, 3D kino zalı, kitabxana fəaliyyət göstərir. Burada Quba Destinasiya Menecmenti təşkilatı – Quba Turizm İnformasiya Mərkəzinin ofisi yerləşdirilmişdir. Dördüncü mərtəbənin ümumi sahəsi 1600 kv.metrdir.

Əlavə olaraq aşağıdakı linkə daxil olaraq Quba Heydər Əliyev Mərkəzinə virtual səyahət edə bilərsiniz:

https://maps.app.goo.gl/96pHscRAohnrrw428