"2 fevral-Gənclər günü" münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur

"2 fevral-Gənclər günü" münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur

30.01.2020-ci il tarixdə Göyçay rayon Gənclərin İnkişaf və Karyera Mərkəzi könüllüləri və rayonun digər fəal gəncləri "2 fevral-Gənclər günü" münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar. Əvvəlcə Mərkəzin bələdçisi Aytən Zeynalova gələn qonaqları salamlayaraq bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Həmçinin qeyd edib ki, 1997-ci il fevralın 1-də gənclərin I forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzalamışdır. Daha sonra gənclərə Ümummilli Lider haqqında onun həyat və fəaliyyətini əks etdirən eksponatlar üzərində geniş məlumat verilmişdir.