Göyçay rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Azər Əliyevin ailəsini ziyarət ediblər

Göyçay rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Azər Əliyevin ailəsini ziyarət ediblər

Göyçay rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Azər Əliyevin ailəsini ziyarət ediblər. Şəhidimizin anası Cəmalə xanım Azər haqqında söhbət açaraq bildirib ki, Azər çox vətənpərvər, elinə-obasına gərəkli, namuslu-qeyrətli oğul idi. O, Azərin hələ uşaq vaxtından vətənpərvər ruhda yetişdiyini, xüsusən də tarix fənninə hər zaman çox böyük maraq göstərdiyini və beləliklə özünün də tarix yazanlardan biri olduğunu qeyd edib.

Şəhidimizin ailəsinə bir daha dərin hüznlə başsağlığı verir, şəhidimizə isə Allahdan rəhmət diləyirik.