Göyçay rayon Heydər Əliyev Mərkəzində “Dünənin və bu günün qəhrəmanları” adlı görüş təşkil olunub

Göyçay rayon Heydər Əliyev Mərkəzində “Dünənin və bu günün qəhrəmanları” adlı görüş təşkil olunub

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin və Göyçay rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünənin və bu günün qəhrəmanları” adlı görüş təşkil olunub.

Tədbir çərçivəsində birinci və ikinci Qarabağ döyüşlərinin qəhrəmanı, qazi, ehtiyatda olan zabit, kapitan Bayram Vəliyevlə gənclərin görüşü baş tutub.

Görüş zamanı qazi həm birinci, həm də ikinci Qarabağ döyüşlərinin təəssüratlarını, tarixi qələbəmizi, Cəbrayıl, Qubadlı, Hadrut və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə yaşadığı məqamları, eləcə də əsgərlərimizin necə ruh yüksəkliyi ilə döyüşdüklərini gənclərin diqqətinə çatdırıb.