15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib

15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib

12.06.2020-ci il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzində mərkəzin əməkdaşlarının iştirakı ilə 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masanı mərkəzin direktoru Zenfira Əliyeva açaraq bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş iyunun 15-i sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan şəxsiyyət – ulu öndər Heydər Əliyevdir.
Daha sonra mərkəzin fond mühafizi Könül Bayramova çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev çox qısa zaman kəsiyində özünün şah əsərini - Yeni Azərbaycanı qurmağa müvəffəq olub.
Sonra mərkəzin elmi işçisi Samirə Vəliyeva çıxış edərək, ölkəmizin tərəqqisinin əsasında Ulu öndər Heydər Əliyevin ideyalarının dayandığını bildirib.
Sonda MKS-nin Göyçay rayon Heydər Əliyev Mərkəzində yerləşən kitabxana filialının müdiri Səidə Hacıyeva çıxış edərək 15 iyun- Milli Qurtuluş Gününün həm də Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixi olduğunu bildirib.