Rəhbərlik və əməkdaşlar

Mərkəzdə 18 ştat vahidi vardır:

Direktor

Əliyeva Zenfira İskəndər qızı 24 sentyabr 1953-cü ildə Quba şəhərində anadan olmuşdur. 1976-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Mədəni maarif fakultəsini bitirib. 1970-1976-cı illərdə Maşın-hesablama stansiyasında operator, 1976-1981-ci illərdə Quba rayon Mədəniyyət evində metodist,1981-1985-ci illərdə Göyçay rayon Mədəniyyət evində bədii rəhbər-metodist, 1985-2007-ci illərdə Göyçay rayon Mədəniyyət şöbəsində müdir, 2007-2010-cu illərdə Heydər Əliyev Muzeyində direktor vəzifəsində çalışmış, 2010-ci ildən isə Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində çalışır. YAP Göyçay rayon təşkilatı üzvüdür.

Baş fond mühafizi

Bayramova Könül Əbülfəz qızı 19 iyul 1991-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinin İngilis dili ixtisasını bitirib. 2013-cü ildən Göyçay rayon Heydər Əliyev Mərkəzində baş fond mühafizi vəzifəsində çalışır.

Elmi işçi

Vəliyeva Samirə Məhəmməd qızı 31 avqust 1979-cu ildə Göyçay şəhərində anadan olub. 2000-ci ildə Ali Diplomatiya Kollecinin Beynəlxalq əlaqələr fakultəsini bitirib. 2007-ci ildən Göyçay rayon Heydər Əliyev Mərkəzində çalışır.

Kiçik elmi işçi

Məlikzadə Ülkər Mahir qızı 14 iyun 1997-ci ildə Göyçayda anadan olmuşdur. 2018-ci ildə Azərbaycan Dillər Universitetinin Təhsil fakultəsinin fransız dili müəllimliyi üxtisasını bitirib. 2018-ci ildən Göyçay rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçi vəzifəsində çalışır.

Bələdçi

Zeynalova Aytən Arif qızı 09 iyul 1979-cu ildə Qəbələ rayonunda anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakultəsini Muzeyşünaslıq ixtisasını bitirmişdir. 1996-2000-ci illərdə Qəbələ rayon Kürd kənd orta məktəbində kitabxana müdiri vəzifəsində çalışıb. 2014-cü ildən isə Göyçay rayon Heydər Əliyev Mərkəzində bələdçi vəzifəsində çalışır.

Təsərrüfat müdiri

Kərimova Aygün Sərdar qızı 02 may 1985-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 2007-ci ildə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin ibtidai sinif müəlliməliyi ixtisasını bitirib. 2008-2017-ci illərdə Göyçay rayon 8 saylı tam orta məktəbdə kitabxana köməkçisi vəzifəsində çalışıb. 2018-ci ildən Göyçay rayon Heydər Əliyev Mərkəzində təsərrüfat müdiri vəzifəsində çalışır.

Kargüzar

Ağamalıyeva Gülər Kamil qızı 14 noyabr 1996-cı ildə Göyçay rayonunda anadan olmuşdur. 2016-cı ildə Mingəçevir Turizm Kollecinin muzey işi və abidələrin mühafizəsi fakultəsinin muzey işi üzrə təşkilatçı ixtisasını bitirmişdir. 2018-ci ildən Göyçay rayon Heydər Əliyev Mərkəzində kargüzar vəzifəsində çalışır.

Muzey baxıcısı

Məmmədova Aysel Zöhrab qızı 04 aprel 1985-ci ildə Göyçayda anadan olmuşdur. 2007-ci ildə Ağdaş Dövlət Pedaqoji Kollecinin İbtidai metodika ixtisasını bitirmişdir. 2006- ci ildən Göyçay Heydər Əliyev Mərkəzində muzey baxıcısı vəzifəsində çalışır.

Texniki işçilər – 10 ştat vahidi