Göyçay rayon Heydər Əliyev Mərkəzində “Xocalı - şahidlərin gözü ilə” layihəsi çərçivəsində tədbir keçirilib

Göyçay rayon Heydər Əliyev Mərkəzində “Xocalı - şahidlərin gözü ilə” layihəsi çərçivəsində tədbir keçirilib

22 fevral tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Xocalı - şahidlərin gözü ilə” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Əməkdar artist Azad Şükürov, Xocalı faciəsinin canlı şahidləri Mürvət Məmmədov və Dürdanə Ağayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə soydaşlarımıza qarşı törədilən vəhşiliklərdən, soyqırımından, uşaqların, qadınların, yaşlıların amansızlıqla qətlə yetirilməsindən, qarşılaşdıqları çətinliklərdən geniş danışmış, gənclərin suallarını cavablandırmış, insanlıq əleyhinə bu ağır hərbi cinayəti törətmiş şəxslərin tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacağına və torpaqlarımızın mənfur düşmən tapdağından azad olunacağına inandıqlarını ifadə ediblər.