Göyçay rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Gəlin həmrəy olaq " adlı tədbir keçirilib

Göyçay rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Gəlin həmrəy olaq " adlı tədbir keçirilib

27.12.2019-cu il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Gəlin həmrəy olaq " adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Zenfira Əliyeva açaraq bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü- Azərbaycan millətinin birlik şüarının simvolik günüdür və bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onkar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Sonra çıxış üçün söz Göyçay rayon Təhsil şöbəsinin əməkdar müəllimi Pərviz Yəhyalıya verilib. O, çıxışında Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesinini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdiyini qeyd edib. Daha sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Rauf Nəsirli çıxış edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəlliməsi Samirə İsmayılova xalqımızın, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd etdiyini bildirib. Və vurğulayıb ki, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Növbəti olaraq, Göyçay rayon 4 saylı tam orta məktəbin tarix müəlliməsi Firəngiz Rzayeva çıxışında bildirib ki, Dünya azərbaycanlılarının milli birliyinin təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanırdı. Sonra 4 saylı tam orta məktəbin şagirdləri həmrəylik gününə həsr olunmuş şeirlərlə çıxış ediblər. Sonda videoçarx nümayiş olunub.