Göyçay rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa keçirilib

Göyçay rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa keçirilib

12.12.2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı Mərkəzin direktoru Zenfira Əliyeva açıq elan edərək bildirib ki, qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.Həmçinin bildirib ki, bu gün Azərbaycan dövlətçiliyinin, xalqımızın müstəqilliyini əbədilik yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi, təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Sonra çıxış üçün söz DİM-nin azərbaycan dili və ədəbiyyat üzrə markeri Aysel Məmmədovaya verilib. O, qeyd edib ki, Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. O, böyük siyasət üçün yaranan təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən mahir siyasətçi idi. Daha sonra Mərkəzin əməkdaşı Ülviyyə İsayeva çıxış edərək Heydər Əliyevin böyük siyasət üçün yaranan təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən mahir siyasətçi olduğunu vurğulayıb.