Göyçay rayon Heydər Əliyev Mərkəzində kitab təqdimatı keçirilib

Göyçay rayon Heydər Əliyev Mərkəzində kitab təqdimatı keçirilib

07.12.2019-cu il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzində kitab təqdimatı keçirilmişdir.

Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, tarix elmləri üzrə fəlsəfə doktoru, yazıçı Dilarə Ağa Musa Nağıyevanın “Hər ömür bir tamaşa” adlı kitabının təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova müasir həyatımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın milli-mənəvi dəyərlərinin dünyada tanınması istiqamətində daim təqdirə layiq işlər görülməsini qeyd etdi.
“Hər ömür bir tamaşa” kitabının müəllifi D.Nağıyeva kitabı dövrünün tanınmış milyonçusu Ağamusa Nağıyevin fəaliyyətinə həsr olunduğunu qeyd etmiş və Azərbaycanda gənc oxucularda vətənpərvərlik hisslərinin aşılanması, vaxtılə tədqiq olunmayan sahələrin üzə çıxarılması, milli duyğuların inkişaf etdirilməsi məqsədi ilə yazıldığını vurğulamışdır.
Tədbirdə Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, şair publisist Fəxrəddin Meydanlı çıxış edərək Ağamusa Nağıyev şəxsiyyətinin Azərbaycan tarixində yeri və 98 fenomen bina miras qoyması rolu barədə söz açmışlar. Ağamusa Nağıyevə həsr olunmuş “Nurlu əməllərin işığında” sənədli film nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçılarına “Hər ömür bir tamaşa” adlı kitab hədiyyə olunmuşdur.