"9 noyabr- Dövlət Bayrağı Günü"nə həsr olunmuş "Azərbaycan bayrağı" mövzusunda mühazirə oxunmuşdur

"9 noyabr- Dövlət Bayrağı Günü"nə həsr olunmuş "Azərbaycan bayrağı" mövzusunda mühazirə oxunmuşdur

08.11.2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzinin kitabxana filialının müdiri Səidə Hacıyeva 3 saylı tam orta məktəbin 4j sinif şagirdlərinə "9 noyabr- Dövlət Bayrağı Günü"nə həsr olunmuş "Azərbaycan bayrağı" mövzusunda mühazirə oxuyub. O, bayrağın dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsi olduğunu, məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımızın milli qürurumuz olduğunu vurğulayıb.