Göyçay rayon Heydər Əliyev Mərkəzində rəsm, bədii qiraət, və fotostudiya fəaliyyət göstərir.

Rəsm dərnəyi

Mərkəzdə II və IV günlər olmaqla həftədə 2 gün rəsm dərnəyi fəaliyyət göstərir. Dərnəkdə dərnək üzvlərinə rəssamlığın sirləri öyrədilir. Üzvlərin rəsm əsərləri bir çox tədbirlərdə, sərgilərdə nümayiş etdirilir. Dərnəyin rəhbəri Surə Mustafayevadır.

Dərnəyin üzvlərinin əl işləri Göyçay rayon Gənclər Mərkəzində sərgilənir.

Bədii qiraət

Mərkəzdə I və III günlər olmaqla həftədə 2 dəfə bədii qiraət dərnəyi fəaliyyət göstərir. Dərnəkdə dərnək üzvlərinə qiraət qaydaları, tələffüz formaları, nitq qabiliyyəti və s. öyrədlir. Dərnəyin rəhbəri Mehriban Orucovadır.

Fotostudiya

Mərkəzdə II və V günlər olmaqla həftədə 2 dəfə fotostudiya fəaliyyət göstərir. Burada foto və video çəkilişlərin öyrədilməsini mərkəzin fotoqrafı Sahib Cəfərli həyata keçirir.

Tarix dərnəyi

Mərkəzdə II və III günlər olmaqla həftədə 2 dəfə tarix dərnəyi fəaliyyət göstərir. Dərnəkdə dərnək üzvlərinə Azərbaycan və dünya tarixi tədris olunur. Dərnəyin rəhbəri Rəfiqə Əbilovadır.