Göyçay rayon Heydər Əliyev Muzeyi 2007-ci ildən fəaliyyətə başlamışdır. Heydər Əliyev Muzeyi Mədəniyyət və Turizm Nazirinin 24.01.2012-ci il tarixli 19 nömrəli əmrinə əsasən Heydər Əliyev Mərkəzi statusu almışdır. Göyçay rayon Heydər Əliyev Mərkəzi 2009-cu ildə tikilib, 2010-cu il fevralın 12-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olmuşdur. Mərkəz iki mərtəbədən ibarət olaraq 3200m2 –dir. Həyətyanı sahəsi isə 1,5 ha-dır. Mərkəzin foyesində Ulu öndərin büstü yerləşir. Mərkəzdə 310 nəfərlik iclas zalı, 1 konfrans zalı, 12 inzibati otaq və yardımçı otaqlar mövcuddur. Mərkəzdə rəsm, tarix, ədəbiyyat, xarici dil öyrənmə, şahmat dərnəkləri, yerləşir. Həmçinin multi-media, virtual siniflər mövcuddur. Mərkəzin ekspozisiya sahəsi 300 m2-dir.

Akt zalı- Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əlverişlidir. 310 oturacaqdan ibarətdir. Sahəsi 520 m2-dir.

Konfrans zalı- İctimai-siyasi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Zal 35 oturacaqdan ibarətdir. Sahəsi 80 m2-dir.

Ekspozisiya sahəsi - Ulu öndər Heydər Əliyevin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotolar, sənədlər və kitablardan ibarətdir. Sahəsi 300 m2-dir.

Linqafon kabineti - Səs və komputer avadanlığı ilə təchiz edilmiş xüsusi auditoriyadır.

Virtual siniflər – Burada Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə dair sənədli filmlərin izlənilməsi üçün audio-vizual metod ilə optimal şərait yaradılmışdır.

Kitabxana- Asudə vaxtın dəyərləndirilməsi üçün rayon sakinlərinin və qonaqların xidmətindədir. Sahəsi 50 m2-dir.

Tarix dərnəyi