Müasir Azərbaycanın qurucusu

Müasir Azərbaycanın qurucusu

Quluyeva Zümrüd İsmayıl qızı Ulu Öndərimiz Heydər Əliyevlə görüşlərini bu cür xatırlayır:
-1975 ci il idi, 25 yaşım var idi. Həmin il Ali Sovetin Deputatı seçilmişdim və mənimlə birlikdə Goranboy rayonunda 5 nəfərə orden və medal verəcəkdilər. Növbə mənə çatanda Ulu Öndərimiz adımı çəkdi və mən ayağa qalxanda ilk sualı mənə gülümsəyərək belə oldu ki, “ Qızım sən bu yaşında nə iş görmüsən ki, sənə bu qədər orden, medal verirlər.“ mən heç bir söz deyə bilməsəm də Heydər Əliyev mənə dedi ki, “Qızım heç kəsə layiq olmasa və işləməsə bu orden və medallar verilmir, bu medallar sənin zəhmətinin haqqıdır.” O mənə medalımı və Deputat vəsiqəmi verdi.
İkinci görüşünüzü necə xatırlayırsınız deyəndə Zümrüd xanım yenə də xəyala daldı və dedi : 1982 ci il idi və mən Goranboy rayonu Bəsti Bağırova adına Kolxozun Sədri təyin olnmuşdum. Həmin il güclü sel gəlmişdi və rayon ərazisində bir neçə Kolxoza ciddi ziyan vurmuşdu. Biz Ulu Öndərimizi Karl Maks adına Kolxozda qarşıladıq. Ulu Öndər yenidən görüşdüyümüz üçün çox şad olduğunu, Kolxozumuzda vəziyyətin necə olduğunu və mənə işimdə uğurlar arzuladığını bildirdi. Qeyd etdi ki, “mən sənə güvənirəm və inanıram ki, sizin Bəsti Bağırova adına Kolxozunuz bu il də Goranboy rayonunda qabaqcıl kolxozlar siyahısında olacaq.”
Mən bütün bunları xatırladıqca həm kövrəlirəm, həm də qürurlanıram. Cünki, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlər haqqında təhlil apararkən haqlı olaraq onun müstəqil Azərbaycan dövlətini qurması faktı birmənalı şəkildə təsdiqlənir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.