Ulu Öndər qəlbimizdə daim yaşayır!


Ulu Öndər qəlbimizdə daim yaşayır!

14 iyul 1982- ci ildə Ulu Öndər Heydər Əliyev Goranboy rayonunda səfərə gəlmişdi.. Həmin vaxt mən Goranboy rayon Partiya Komitəsində Təşkilat şöbəsində təlimatçı işləyirdim. Bölgüyə görə mən o vaxt Cinliboluslu kənd Kirov adına və Qızılhacılı kənd Orconikidze adına kolxozlara təhkim idim. Ulu Öndərimizin də səfəri həmin kolxozlara olmuşdu.
Əvvəlcə Kirov adına kolxozun, sonra isə Orconikidze adına kolxozun həyətində məsul şəxslərlə görüşdü. Rayon Partiya Komitəsinin 1- ci katibi, Kolxoz sədri, aqronom, mühəndis, briqadirlər, komsomol və ilk partiya təşkilatının katibləri və mən hamımızla görüşdü, hər birimizlə elə gülər üzlü, səmimi, qayğıkeş əhval-ruhiyyə ilə görüşürdü ki, elə bil hər birimiz onun üçün doğması ,əzizi idik. Mən də, digərləri də böyük qürur və xoşbəxtlik hissi keçirmişdik. Onun insanlara olan qayğıkeşliyi, sadəliyi, fenomenal zəkası və idarəetməsi mənim qəlbimdə xüsusi yer tutmuşdu. Bu gün də mən onu həmişəyaşar görürəm. Ona olan bu hisslər bir daha öz təsdiqini Qadınlar Qurultayındada tapmışdır. O, Qurultayın sonunda bizlərlə görüşdü və fotolar çəkildi.
Hec vaxt yadımnan çıxmır. Qurultayda rəsmi çıxışından sonra belə bir ifadələr işlətdi: “Mən bu gün zalda çox az sayda kişi iştirakçılarını görürəm. Bu da təbii haldır, axı bu Qadınların Qurultayıdır. Mən həmişə qadınları zəif yox, güclü sima bilmişəm. Çünki bizim Azərbaycan qadınlarımız bütün ölkələrin qadınlarından gözəldilər və onlar yeri gələndə biz kişiləri həm qoruya bilir, həm də düzgün yola yönəltməyi bacarır”. Biz onun bu sözlərindən çox qürurlandıq.
Ümummilli lider Heydər Əliyev həmişə müdrik el ağsaqqalı, təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərməğan edilməlidir.


Kəmalə Axundova - rayon Qadınlar Şurasının idarə Heyətinin üzvü.