Yaxın mədəniyyət müəssisələri

Heydər Parkı

Altı hektar sahəni bəzəyən “Heydər Parkı” Ulu öndərin adını daşıyan bu park əsl seyrəngaha çevrilib. Burada ulu öndərin abidəsi ucalıb. Sakinlərin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edən park rayonun görkəminə xüsusi yaraşıq verir. Parkda ulu öndərin abidəsi qoyulmuşdur. Ərazidə Tarix-diyarşünaslıq muzeyi, Goranboy şəhər Uşaq İncəsənət Məktəbi, Goranboy rayon Mədəniyyət Mərkəzi, Bayraq Muzeyi və Goranboy rayon Mərkəzi Kitabxanası yaradılıb. 2009-cu ildə “Heydər Parkı” müasir layihə əsasında yenidən qurularaq ərazisi genişləndirilmiş, ana və uşaq kafesi, Ağsaqqallar evi, inşa olunmuşdur.

İnsanların asudə vaxtlarını əyləncəli və səmərəli keçirməsi üçün əvəzsiz olan bu park öz sakitliyi, havasının təmizliyi, xüsusən səhər və axşam gəzintiləri üçün olduqca əlverişlidir.

Parkda insanların dincəlməsi üçün bütün lazımi infrastruktur təşkil edilmişdir. Burada fəvvarələr, uşaqların dincəlməsi üçün müxtəlif uşaq əyləncə qurğuları, kafe və s. fəaliyyət göstərir. Həmçinin bu günün bütün müasir tələblərinə cavab verən Goranboy rayon Heydər Əliyev Mərkəzi yerləşir.

Goranboy rayon Tarix-diyarşünaslıq Muzeyi

Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və “Heydər Əliyev Fondu”nun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva rayona səfər müddətində muzeydə olmuşlar. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq. Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzeyin internet adresi goranboytarixmuzeyi@mail.ru –dur. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr. 2017-ci ildə muzeyin fonduna 58 ədəd əşya verilmişdir.

Goranboy şəhər Uşaq İncəsənət Məktəbi

Goranboy şəhər Uşaq İncəsənət Məktəbi 1965-ci ildə Qasım İsmayılov rayon 7 illik uşaq musiqi məktəbi olaraq yaradılıb. Cəmi 2 ixtisas: fortepiano və tar ixtisasları üzrə tədris aparılıb. 1989-cu ildən isə məktəbdə ixtisaslar artırılaraq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 8 ixtisas üzrə tədris aparılır: fortepiano, violin, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya. 2008-ci ildən müasir tipli yeni məktəb binası inşa edilib. 2 mərtəbəli məktəbdə 28 sinif otağı var. Məktəbin ümumi sahəsi 462 kv.m, tədris korpusu 720 kv.m-dir

Goranboy rayon Mədəniyyət Mərkəzi

Goranboy rayon Mədəniyyət Mərkəzi 1961-ci ildə yaranmışdır binanın ümumi sahəsi 938.50 kv.m-dir inzibati otaqların sayı 14-dür. 300 nəfərlik tamaşaçı zalı var. Xalq folklor dərnəyi, rəqs dərnəyi, xalq teatrı, ingilis dili kursu fəaliyyət göstərməkdədir. Elektron poçt: goranboy.matbuat@mail.ru

Goranboy rayon Bayraq Muzeyi

Goranboy rayon mərkəzində Bayraq muzeyinin və Dövlət Bayrağı meydanı 2018-ci il 5 iyun tarixində açılışı olmuşdur. Bayraq muzeyinin və Dövlət bayrağı meydanının Ümumi sahəsi 600 kvadratmetrdir. Orijinal layihə əsasında inşa ediləcək muzey və meydan rayondakı Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir və digər müasir tikililərlə ahəngdarlıq təşkil edir. Bayraq muzeyində zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın keçdiyi çətin və şərəfli tarixi yol, ayrı-ayrı dövrlərdə ölkəmizdə yaranmış dövlətlərin, yaxud bölgəyə hakimlik edən imperiyaların siyasi xəritəsi, bayraqları və dövlət nişanları nümayiş etdirilir. Muzeydə, həmçinin Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qəbul edilən dövlət atributları, eləcə də konstitusiya mətnləri və digər mühüm tarixi sənədlər, fotolar, milli geyimlər sərgilənir. Dövlət bayrağı meydanının hündürlüyü 72 metrdir.

Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxanası

Goranboy rayon MKS–nin əsası 1928-ci ildə qoyulmuşdur. 1978-ci ildən Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi, 2006-cı ildən isə Kitabxana İnformasiya Mərkəzi kimi fəaliyyət göstərir. Burada Azərbaycan dilində nəşr olunmuş milli ədəbiyyat nümunələrini ilə yanaşı, xarici dillərdən tərcümə olunmuş, elmin müxtəlif sahələrini əhatə edən kitablar vardır. Ünvan: Goranboy şəhəri AZ 2200 Heydər Əliyev prospekti – 4 Web saytı: goranboy-cls.az Elektron poçt: goranboy –mks@mail.ru Goranboy rayon MKS özündə birləşdirir. MKS 101313 nəfər əhaliyə xidmət edir. Məlumat üçün bildiririk ki, Goranboy rayon Mərkəziləşdirilmiş Kitabxana Sistemi özündə 6 şöbəni birləşdirir: Xidmət şöbəsi, Uşaq şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Komplektləşdirmə və Kitabişləmə şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, İnformasiya-resurs şöbəsi. MKS-nin goranboy - cls.az saytı, elektron poçt ünvanı goranboy-mks@mail.ru fəaliyyətdədir. Keçirilən tədbirlər və informasiyalar operativ olaraq saytda yerləşdirilir. Goranboy MKS-də yeni daxil olan kitablar “ALİSA” Avtomatlaşdırılmış Kitabxana İnformasiya Proqramı ilə işlənilir.