Muzey

Muzey ekspozisiya bölməsi Mərkəzin birinci mərtəbəsində yerləşir. Mərkəzin ekspozisiya bölməsində ulu öndər Heydər Əliyevin büstü, onun həyatının və çoxsahəli fəaliyyətinin bütün dövrlərini, uşaqlıq və gənclik, tələbəlik illəri, müxtəlif orqanlarda işlədiyi dövrlər, Sovetlər birliyi tərkibində olarkən belə doğma vətəni Azərbaycanın inkişafı üçün etdiyi fədakarlıqlar, xalqın təkidi ilə ölkə başçısı seçildiyi dövrdən müstəqillik dövrü Azərbaycanın sosial-iqtisadi inkişafını yüksəltmək, iqtisadi-siyasi baxımdan bölgənin ən güclü dövləti səviyyəsinə gətirmək üçün daxili və xarici siyasəti nümayiş etdirən foto şəkillər yer alıb. Eyni zamanda Ümummilli lider Heydər Əliyevin 1978, 1982, 2002-ci illərdə bölgəmizə etdiyi səfərləri əks etdirən fotolar da öz əksini tapıb.

Həmçinin Prezident İlham Əliyevin bölgənin sosial-iqtisadi baxımdan inkişaf etməsi üçün göstərdiyi qayğı və səfərlərinin fotoları sərgilənir.

Ekspozisiya zalında ölkəmiz ərazisində məlum olan ilkin dövlət qurumlarından başlayaraq bu günümüzədək dövlətçilik tariximizin keçdiyi siyasi dövrlər haqqında məlumat verilir.