Heydər Əliyev və Goranboy

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə vətəninin inkişaf etməsi üçün çalışmışdır. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bölgələrin sosial-iqtisadi inkişafına xüsusilə əhalinin sosial rifah halının yüksəldilməsinə böyük diqqət yetişdirmişdir. Bu məqsədlə ulu öndər mütamadi olaraq bölgələrə səfərlər təşkil edir, yerli əhali ilə çoxsaylı görüşlər keçirmiş, öz dəyərli tövsiyyələrini vermişdir. Dahi rəhbər 1978, 1982 və 2002-ci illərdə bölgəyə səfərlər etmişdir. Goranboy hələ qədim dövrlərdən üzümçülük, taxılçılıq, pambıqçılıq və s. baxımdan seçilirdi. 1978, 1982 və 2002-ci illərdə rayona səfəri zamanı Ulu Öndər burada yerləşən müxtəlif pambıq tarlalarına səfər etmiş, savxozların briqada heyəti ilə söhbətlər aparmış və onlara öz tövsiyyələrini vermişdir.

“Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur.” Ulu öndər Heydər Əliyevin Goranboy rayonuna üç dəfə tarixi səfərləri olmuşdur. Bunlardan ikisi sovet dövrünə biri isə müstəqil Azərbaycan dövlətinin yarandığı dövrə təsadüf edir. Heydər Əliyevin Azərbaycan rayonlarına növbəti səfərlərindən biri 1978-ci ildə Goranboy rayonuna olmuşdur. Bu səfərdə əsas məqsəd rayonun təsərrüfatı ilə yerindəcə tanış olmaqdan ibarət idi. O, təsərrüfatın müxtəlif sahələri ilə iş başında tanışlıqdan sonra rayon fəallarının yığıncağını keçirmiş, rayonda olan uğurlar alqışlanmış, nöqsanlar isə aradan qaldırılması ilə əlaqədər tədbirlər işlənmişdir. Heydər Əliyev 30 sentyabr 1978-ci ildə Qasım İsmayılov rayonuna səfəri zamanı partiya-təsərrüfat fəalları ilə görüşdə olub. Heydər Əliyev 1982-ci il 14 iyul tarixində sel daşqınları nəticəsində Goranboy rayonuna səfər etmişdir.Seldən ziyan çəkmiş rayon sakinləri ilə görüşmüş və onların problemləri ilə maraqlanmışdır. Heydər Əliyev 2002 –ci il 13 sentyabr tarixində neftdən gələn gəlirin sayəsində Aşağı Ağcakənd qəsəbəsində məcburi köçgünlərin mənzillə təmin edilməsi məqsədilə Goranboy rayonuna səfər etmişdir. Heydər Əliyev 13 sentyabr 2002-ci ildə Aşağı Ağcakənd qəsəbə sakinləri ilə görüşmüşdür.