Goranboy rayon Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımı-Milli matəm günü" adlı tədbir keçirildi

Goranboy rayon Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımı-Milli matəm günü" adlı tədbir keçirildi

18 fevral 2020-ci il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzi və şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı-Milli matəm günü" adlı tədbir keçirildi. Tədbirdə rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.
Tədbiri Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açıq elan edərək bildirdi ki, Xocalı sоyqırımı (gеnоsid) – аyrı-аyrı əhаli qruplаrının irqi, milli, yаxud dini mənsubiyyətinə görə məhv еdilməsi, bəşəriyyətə qаrşı ən аğır cinаyətlərdən biridir.
Daha sonra şəhər kitabxana filialının işçisi Kəmalə İsmayılova Xocalı faciəsi haqqında çıxış etdi. Çıxışlardan sonra isə məktəblilər "Xocalı faktlar" adlı sənədli filmi izlədilər.
Tədbirin sonunda foyedə təşkil olunmuş Xocalı faciəsinin 28-ci ildönümünü əks etdirən sərgiyə baxış keçirildi.