Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Goranboy rayonunda yerləşən Xocalı şəhər tam orta məktəbində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar mühazirə saatı təşkil etdilər

Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Goranboy rayonunda yerləşən Xocalı şəhər tam orta məktəbində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar mühazirə saatı təşkil etdilər

13 fevral 2020-ci il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Goranboy rayonunda yerləşən Xocalı şəhər tam orta məktəbində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar mühazirə saatı təşkil etdilər. Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva şagirdlərə Xocalı soyqırımı haqqında məlumat verdi. Giriş sözünü Ulu Öndər Ümummilli lider Heydər Əliyevin sözləri ilə başladı. "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım,eyni zamanda,bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Daha sonra Xocalı məktəbinin direktoru Vidadi Rəhimov şagirdlərə Xocalı faciəsinin canlı şahidi olaraq geniş və ətraflı məlumat verdi. Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşları məktəblilərlə birgə Xocalı soyqırımını əks etdirən abidəni ziyarət etdilər. Sonda xatirə şəkli çəkildi.