Goranboy rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

Goranboy rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

09 dekabr 2019-cu il tarixində Goranboy rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirildi. Konfransı çıxış sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Xeyyam Quliyev açıq elan edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bəlkə də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı, heyrətamiz enerjisi... - bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Əbədi lider" adlı sənədli film nümayiş olundu.