Goranboy rayon Heydər Əliyev Mərkəzinin qarşısında çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi

Goranboy rayon Heydər Əliyev Mərkəzinin qarşısında çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi

09 iyul 2019-cu il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzinin qarşısında “Azərbaycan Respublikası vətəndaşlarının 2019-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar goranboylu gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınma mərasimi keçirilmişdir.
Tədbirdə Rayonun müvafiq dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri, müharibə veteranları, ziyalılar, ictimaiyyətin nümayəndələri, valideynlər və “N” saylı hərbi hissənin zabit və əsgərləri iştirak etmişlər. Çıxış edənlər çağırışçılara müstəqil dövlətimizin ayıq sayıq keşikçiləri olmalarını, hərbi xidməti şərəflə yerinə yetirmələrini arzuladılar.
Çağırışçılar hərbi marş sədaları altında üç rəngli Dövlət Bayrağını öpərək təntənə ilə hərbi hissələrə yola salındılar.