2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Goranboy rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi

2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Goranboy rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi

02 iyul 2019-cu il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində “2 iyul - Polis işçilərinin peşə bayramı günü” münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, onun əziz xatirəsini yad etdilər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək bildirdi ki, bu gün, Azərbaycan polisinin yaradılmasından 101 il ötür.Cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən polislərin bayramıdır. Bu münasibətilə bütün polisləri təbrik edən rayon rəhbəri qeyd etdi ki, doğrudur Azərbaycan polisinin yaranma tarixi daha keçmişə, ötən əsrin iyirminci illərinə təsadüf edir. Amma yenidən Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan polisinin fəaliyyəti səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Tədbirdə rayonda ictimai asayişın qorunmasında nümunəvi xidmətlərinə görə fərqlənən bir qrup polis işçisinə Goranboy Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu. Daha sonra Goranboy rayon Polis şöbəsinin rəisi Ramin Quliyev çıxış edərək polis əməkdaşlarını təbrik etdi və bildirdi ki,. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında hiss edir. Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin təbrik məktubu oxunmuş, bir neçə polis əməkdaşına yeni rütbələr təqdim edilmişdir.