Müxtəlif təyinatlı otaqlarda məktəblilərin, gənclərin, tələbələrin həmçinin digər yaş təbəqəsindən olan bütün vətəndaşlarımıza bilik, bacarıq və digər cəhətlərini inkişaf etdirə bilmələri üçün Mərkəz tərəfindən təşkil edilmiş dərnəklərdən yararlanmaları üçün əlverişli mühit təşkil edilmişdir.

Xalçaçılıq dərnəyi- Goranboy rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edən, Azərbaycan xalq tətbiqi sənət növlərinin bir qolu olan xalçaçılıq sənətinin gənclər arasında təbliği, Goranboy rayonunun qədim xalçaçılıq ənənələrinin öyrənilməsi və təbliği məqsədilə “Fəxralı” xalçaçılıq dərnəyi yaradılmışdır. Dərnək həftədə 2 gün fəaliyyət göstərir.

Rəsm dərnəyi- Goranboy rayon Heydər Əliyev Mərkəzində, Mərkəzimizin Goranboy rayon Uşaq İncəsənət Məktəbi ilə birgə əməkdaşlığı nəticəsində rəsm dərnəyi fəaliyyət göstərir ki, uşaqlar burada dərsdən sonra öz asudə vaxtlarını səmərəli keçirməklə yanaşı həm də rənglərin sirlərini öyrənirlər. Dərnək həftədə 3 gün fəaliyyət göstərir.

Atıcılıq dərnəyi- Goranboy rayon Heydər Əliyev Mərkəzində atıcılıq dərnəyi gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir, gənclərin vətənpərvərlik ruhunu yüksəldir. Dərnək həftədə 2 gün fəaliyyət göstərir.