Mərkəzin binası

Goranboy rayon Heydər Əliyev Mərkəzinin binasının inşasına 2012-ci ilin oktyabrında başlanılmış 2014-cü ilin 18 oktyabr tarixindən istifadəyə verilmişdir. Bina iki mərtəbədən ibarətdir. Sahəsi 2560 m² - dir.

Mərkəz 2 mərtəbədən, 13 otaqdan ibarətdir. Birinci mərtəbə vestibül, 1 büst və Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 87 fotoşəkildən və sənədlərdən ibarət muzey, nikah zalı, müdir otağı, inzibati otaq, İkinci mərtəbədə isə internet-kafe, xalçaçılıq və tikiş otağı, foto dərnək, akt zalı, rəssamlıq, elektron kitabxana-linqafon, atıcılıq həmçinin 3D formatında hazırlanan filmlərin nümayişi üçün avadanlıqlarla təchiz olunmuş 10 nəfərlik kinozal və sanitar qovşaq yerləşir.

Akt zalı-138 yerlikdir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün məqsədəuyğundur.