Qobustan rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb

Qobustan rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb

Bu gün Azərbaycan xalqının xilaskarı, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümünü Qobustan ictimaiyyəti dərin məhəbbət və ehtiramla yad ediblər. Qobustan rayon ictimaiyyətinin nümayəndələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə rayonun Heydər parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər. İcra Hakimiyyəti başçısının, rayonun idarə-təşkilat rəhbərlərinin və kollektivlərinin, Milli Qəhrəman və şəhid ailələrinin üzvülərinin, hərbiçilərimizin, ağsaqqallar və ziyalıların iştirak etdiyi Anim mərasimində böyük izdihamın olması xalqın Ümummilli liderə olan böyük sevgisinin əks etdirdi.