Yaxın mədəniyyət müəssisələri

Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbi

Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbi 1983-cü ildə yaradılmışdır. Məktəb 1983-2006-cı illərdə Uşaq Musiqi Məktəbi, 2006-cı ildən Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərir. Məktəbin inzabati binası 2006-cı ildə istifadəyə verilmişdir. Məktəbin 22 sinif otaqı və ümümi sahəsi 500kv.m-dir.

Məktəbdə 210 şagird və onların təlim tərbiyəsi ilə, 50 müəllim heyyəti məşğuldur,10 ixtisas üzrə təhsil verilir bunlar, Fortopiono,Tar,Tamança,Qarmon,Balaban,Saz,Nağara,Xanəndəlik,Rəks və Rəsm.

«Diri baba» türbəsi

Əsrlər uzunu xalqımızın müqəddəs bilib ziyarət etdiyi daha bir misilsiz abidə - «Diri baba» türbəsi. Abidə orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə harmoniya təşkil etməsi və başqa keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindəndir.

Orta əsr Şirvan-Abşeron memarlığına aid olan abidə Qobustan rayonunun yerləşir.

Türbə 1402ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Abidənin cənuba baxan bir fasadı var. O biritərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Salonabirinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir. Bəs türbə kimin şərəfinə tikilib? Bu barədə fərziyyələr, mülahizələr müxtəlifdir. Azərbaycan Sovet Ensiklopediyasında verilmiş məlumat isə belədir: «Ehtimala görə, mağarada «Diri baba» türbəsinin memarı basdırılıb». Bu fərziyyə inandırıcı görünmür.

F.Deminski yazır: «Ərəbqədimlilər Qafqaza ilkin gəlişləri ilə əlaqədar belə söyləyirlər ki, Məhəmməd özünü peyğəmbər elan edən zaman onun əmisi Əbu Ləhəb, əmisi oğlanları Əbu Cəhl və Əbu Sufyan onu öldürmək qərarına gəldilər. Bunun ardınca AllahQurana «Abtar» surəsini göndərdi. Əbu Ləhəbin oğlu Əmir müsəlmanlığı qəbul etmişdi. Onun Məhəmmədə yaxın hesab edilən Atam və Akam adlı iki oğlu var idi. Peyğəmbərin Məkkədən Mədinəyə qayıtmasından sonra Atam başçılıq etdiyi dəstə ilə Şirvanagəlmişdi. Atam burada ölüb, cəsədi isə Mərəzə kəndinin yaxınlığındakı «Diri baba» türbəsində uyuyur. Şirvanda, xüsusilə də, Şamaxı-Qobustan ərazisində ərəb mənşəli kəndlər çoxdur. Ərəbqədim də belə kəndlərdən biridir və kəndin bir qolu indinin özündə də İbnƏmirlər adlanır. Tarixi mənbələr, görkəmli alimlərin apardıqları tədqiqatlar ərəbqədimlilərin Atam ibn Əmir ilə bağlılığını rəvayət yox, həqiqət olduğunu söyləməyə əsas verir. Bütün bunlara əsasən belə bir qənaət yaranır ki, Atam ibn Əmir yaxın qohumu Məhəmmədpeyğəmbərin yolunu tutmuş, peyğəmbərin şəcərəsinə mənsub adamlar tərəfindən əsası qoyulan və geniş yayılan sufiliyin Xəlvətiyyə təriqətinin nümayəndələrindən olub. O da Xəlvətiyyə adəti ilə öz qohumu Məhəmməd peyğəmbər kimi yaşadığı ərazinin yaxınlığındakımağaraya çiləyə çəkilirmiş. Növbəti çilə vaxtı vəfat etdiyinə görə, onu qəlbən Allahla tək qaldığı məkandan ayırmamış, oradaca dəfn etmişlər. Bundan sonra bura ziyarətgaha çevrilib.

Bu nadir maddi-mədəniyyət incisi haqqında el-oba camaatı arasında müxtəlif rəvayətlər hələ də dolaşmaqdadır. Məlum həqiqət isə budur ki, «Diri baba» müqəddəs bir məkandır və bütün Şirvan eli əsrlər uzunu bu ocağa tapınıb. «Diri baba» bu gün dəəzəmətlidir. Ətrafında əsaslı abadlaşdırma işləri aparılıb, yolu qaydaya salınıb, ciddi şəkildə mühafizə olunur. «Diri baba» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı

2010-cu ilin dekabr ayında Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığından yasaqlığa ilk ceyran sürüsü buraxılmışdır. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır.

Palçıq vulkanları

Palçıq vulkanları Yerin təki haqqında çox böyük idrak informasiyanın daşıyıcısı olan olduqca maraqlı, unikal və sirrli təbiət hadisəsidir. Azərbaycanın ərazisi planetimizin palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik regionudur. 300-dən artıq palçıq vulkanı Şərqi Azərbaycanın quru hissəsində və ona birləşən Xəzərin akvatoriyasında yerləşir. Təsadüfi deyil ki, Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Bu vulkanlar burada özlərinin müxtəlifliyi (fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, ada vulkanları) ilətəmsil olunmuşlar. Vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur. Palçıq vulkanları əsasən Şərqi Azərbaycanərazisində – Abşeron yarımadasında, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelağında yerləşmişlər. Yalnız Qobustanda 100-dən çox palçıq vulkanı var. 40 vulkan yer səthinə neft çıxarır. Bakı arxipelağında 9 palçıq vulkanı mənşəli adalar var. Hazırda palçıq vulkanları təbii abidələr statusu alıb və dövlət tərəfindən qorunur. 3 dekabr 2002-ci ildə Milli Məclis palçıq vulkanlarının AR-nın «Xüsusi qorunan təbii ərazilər və obyektlər» qanununa (VIII bölmə, 29-cu maddə) daxil edilməsi haqqında qərar qəbul etdi (№ 390-11QD). Vulkanlar təbiət abidələri statusu aldı. Bir ildən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında palçıq vulkanları üzrə Ad.A.Əliyevin sədrliyi ilə Koordinasiya Şurası (nazirin 6 yanvar 2004-cü il 012/ü saylı əmri) yaradıldı. 3 il yarım ərzində Koordinasiya Şurası tərəfindən bir sıra tədbirlər keçirildi: palçıq vulkanları pasportlaşdırıldı, onların yerləşdiyi rayonların xəritəsi tərtib olundu, AMEA Geologiya İnstitutunda palçıq vulkanlarının təbiət abidələri kimi qorunmasına aid mətbuat konfransı keçirildi və müvafiq sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olundu.2007-ci il avqustun 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı və Abşeron palçıq vulkanları qrupu Dövlət Qoruğunun yaradılması haqqında sərəncam imzaladı. Bu internet səhifəsində Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı Arxipelağının turistlər üçün maraqlı olan 25 palçıq vulkanının təsviri verilir.